May 22, 2016 19:02 Asia/Baku
  • Taliblərin lideri Mansurun həlak olduğunu təsdiqlənib

Taliblərin yüksək vəzifəli komandiri qruplaşmanın lideri Əhtar Mansurun öldürüldüyünü təsdiqləyib.

Asoşieyted press-in verdiyi məlumata görə Taliblərin yüksək vəzifəli komandiri molla Abdul Rauf bu agentliyə verdiyi müsahibədə qruplaşmanın lideri Əhtar Mansurun ABŞ-ın pilotsuz ucan aparatının zərbəsi nəticəsində həlak olması faktını təsdiqləyib. O, molla Mansurun Əfqanıstan-Pakistan sərhədi rayonunda öldürüldüyünü deyib.

ABŞ-ın pilotsuz ucan aparatı mayın 21-də Pakistan sərhədi yaxınlığında yerləşən Əhməd-Val şəhərinin cənub-qərbinə zərbələr endirib.

Molla Mansur hərəkata "Taliban"ın banisi molla Məhəmməd Ömərin ölümündən sonra 2015-ci ilin yayından rəsmən liderlik etməyə başlamışdı.

Teqlər