İyul 01, 2016 10:37 Asia/Baku
  • Qüds Günü; Fələstinin məzlum xalqını müdafiə günü

Bu gün cümə, 25 ramazan 1437-ci hicri qəməri ili, Ümumdünya Qüds Günüdür və müsəlmanlar bu gün bütün dünyada anti-sionist yürüşlər təşkil edərək, bu işğalçı rejimin cinayətlərinə qarşı öz nifrəti və qəzəbini bəyan edirlər.

Ümumdünya Qüds Tünü yürüşü bu gün yerli vaxtla saat 10:30-da İranın 850 şəhərində başlanacaq.

Şiə və sünni alimləri, İranın daxilində və xaricində olan müxtəlif partiya və qruplar ötən günlər ərzində ayrı-ayrılıqda bəyanatlar yayaraq, xalqı Qüds Günü yürüşlərində geniş iştiraka və işğalçı İsrail rejiminə qarşı öz qəzəb və nifrətlərini elan etməyə çağırıblar.

İran İslam Respublikası prezidenti Həsən Ruhani deyib: Bu il dünya İran xalqının və digər müsəlman xalqlrın Fələstinin məzlumluğunu və Qüdsün azadlığını müdafiə üzrə daha mütəşəkkil iştirakının şahidi olacaq.

Həmçinin, İslam Təbliğatı Koordinasiya Şurasının bildirişində deyilir: Ümumdünya Qüds Günü İslam Dünyası və İslam Ümmətinin vəhdəti, həmrəyliyi və birliyinin həqiqi cilvələrindən biridir. Və İran xalqı bu gün milli və beynəlxalq səviyyədə daha bir qəhrəmanlığa imza atmağa, Fələstin xalqının məzlumluğunu və Qüdsün azadlığını müdafiə fəryadını ucaltmağa hazırdır.

Ümumdünya Qüds Günü yürüşü bu gün dünyanın 80 ölkəsində təşkil ediləcək.