İyul 01, 2016 12:35 Asia/Baku
  • 7 amerikalı senator Bəhreyndə insan haqlarının pozulması barədə ölçü götürülməsini istədi

7 amerikalı senator ABŞ dövlət katibinə ünvanlanmış məktubda Bəhreyndə insan haqlarının vəziyyəti ilə bağlı nigaranlıq edib, siyasi və ictimai islahatların aparılması məqsədi ilə Manamaya təzyiqlərin göstərilməsini istəyib.

İRNA-nın məlumatına görə, 6 demokrat və 1 respublikaçı senator cümə axşamı Con Kerriyə ünvanlanmış məktubda bildiriblər ki, Bəhreyn dövlətinin siyasi müxaliflərinə qarşı təzyiqlərinin davam edəcəyi təqdirdə Vaşinqton bu ölkəyə silah satışını dayandırmaq kimi addımların atılmasına hazırlamalıdır.

Bu senatorlar əlavə ediblər: Bəhreyn dövlətinin xalqın narazılığına layqeyd yanaşması bu ölkə ictimaiyyətini uçuruma sürükləyir.

Amerikalı senatorlar Bəhreyn dövlətinin müxaliflərini həddən artıq repressiya etməsini bu ölkənin təhlükəsizliyinə qarşı ciddi təhdid adlandırıb, bu məsələdən nigaranlıq ediblər.