İyul 30, 2016 20:17 Asia/Baku
  • Türkiyədə edam cəzasının bərpası üçün referendumun keçirilməsi ehtimalı var
    Türkiyədə edam cəzasının bərpası üçün referendumun keçirilməsi ehtimalı var

Türkiyə xarici işlər naziri bu ölkədə edam cəzasının bərpası üçün referendumun keçirilməsi ehtimalından xəbər verib.

IRNA-nın məlumatına görə, Mövlud Çavuşoğlu iddia edib ki, çevrilişçilər üçün edam hökmünün icrasından ötrü edam cəzasının bərpası haqda xalq tərəfindən ardıcıl tələblər gəlir. O, deyib: Belə bir ehtimal vardır ki, ciddi olmasına görə, edam cəzasının icrası məsələsi bir referendum vasitəsilə irəli sürülsün.

Çavuşoğlu Türkiyədə edam cəzasının bərpası ilə bağlı Avropa Birliyindən hər cür tənqidi rədd edərək, vurğulayıb ki, Avropa İttifaqının Türkiyənin daxili işlərinə qarışmaq haqqı yoxdur.

Türkiyə edam cəzasını 2004-cü ildə kənara qoydu, amma bu ölkədəki uğursuz çevrilişin ardınca Türkiyə prezidenti çevriliş amillərinin edamını tələb edən tərəfdarlarına bildirdi ki, onların bu tələbi parlamentdə araşdırıla bilər.