Noy 17, 2016 19:17 Asia/Baku
  • Nigeriya ordusunun bu ölkə şiələrinə hücumunda ölənlər üçün dəfn mərasimi təşkil edilib
    Nigeriya ordusunun bu ölkə şiələrinə hücumunda ölənlər üçün dəfn mərasimi təşkil edilib

Nigeriyanın şiə müsəlmanları çərşənbə günü, bu ölkə ordusunun şiələrə olan hücumu zamanı həyatını itirənlərdən bir neçəsini o cümlədən azyaşlı bir uşağı torpağa tapşırıblar.

Nigeriya ordusu simvolik olaraq Ərbəin yürüşünə çıxan şiə müsəlmanlara tərəf atəş açaraq, yüzdən artıq insanı qırğın edib.

Ölkənin şimalında yerləşən Kanu şəhərində baş vermiş bu faciədə yüzlərlə insan da yaralanıb.

Nigeriyada şiə müsəlmanlara qarşı amansız repressiya siyasəti ötən il bu ölkə ordusunun Kaduna əyalətində yerləşən Zariya şəhərində bir hüseyniyəyə hücum etməsi ilə aqressiv fazaya daxil olmuş oldu. Bu hadisədə yüzlərlə şiə müsəlman qırğın edilmiş, yaralanmış və həbs edilmişdi.

Beynəlxalq insan haqları təşkilatları bu cinayəti qınayıblar.

Teqlər