Yan 01, 2017 09:35 Asia/Baku
  • Yeni milad ilini təbrik edirik
    Yeni milad ilini təbrik edirik

Bu gün, 2017-ci il yanvarın 1-i, yeni milad ilinin əvvəlidir.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı İran xristianları xüsusiyyət təşkil etməklə bütün dünya xristianlarını yeni milad ili münasibətilə təbrik edərək, bütün dünyada ədalət, sülh, asayiş və bərəkətlə dolu bir il arzu edir.

Bu münasibətlə İran İslam Respublikasının rəsmiləri xristian ölkələrin başçılarına ünvanladıqları müraciətlərdə onları yeni milad ili münasibətilə təbrik edərək, bütün dünya xalqlarına, xüsusən xrtistianlara sağlamlıq və sülh arzu ediblər.

Həzrət İsa(ə) böyük ilahi peyğəmbərlərdəndir və Qurani-Məciddə çox böyük hörmətlə yad edilibdir.

Qurani-Kərim bir çox ayələrdə Həzrət Məsih(ə)-ı ululəzm peyğəmbərlərindən biri kimi qeyd edir.

Teqlər