Yan 20, 2017 20:56 Asia/Baku
  • BMT TŞ İranın nüvə anlaşmasına sədaqətini təsdiq etdi
    BMT TŞ İranın nüvə anlaşmasına sədaqətini təsdiq etdi

Federika Moqerini: “Nüvə anlaşması bütün dünya ictimaiyyətinə aiddir”

“Nüvə anlaşması bütün dünya ictimaiyyətinə aiddir”. Bu sözləri AB-nin BMT-dəki nümayəndəsi Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqeriniyə istinadla söyləyib.

BMT TŞ nüvə anlaşmasının icraya qoyulmasının ildönümü münasibəti ilə iclas təşkil edərək, bu anlaşma ilə bağlı BMT TŞ-nin 2231 saylı qətnaməsini və BMT baş katibinin hesabatını araşdırıb.

 

İRİB-nin müxbiri:

BMT  Təhlükəsizlik Şurasının iclasında bir neçə dəfə Qasım Süleymaninin adı çəkildi.

Onlar bildirdilər ki, keçmiş baş katib Ban Ki Munun hesabatında Qasım Süleymaninin tez-tez xarici ölkələrə səfər etdiyi qeyd olunub. Buna görə də BMT-yə üzv ölkələr onun bu ölkələrə səfər etməsi və ya bu ölkələrdən keçərək digər ölkələrə getməsinə mane olmalıdırlar.

 

Samanta Paver – ABŞ-ın BMT-dəki nümayəndəsi:

“Əgər İran nüvə anlaşmasından qaynaqlanan mənafedən tam faydalanmaq istəyirsə, destruktiv rəftarlarının dəyişdiyini göstərməlidir. Misal üçün, biz, general Süleymaninin səfərləri ilə müxalifik.”

 

İRİB-nin müxbiri:

Onlar həmçinin İranı Suriya və Yəmənə silah göndərməkdə ittiham ediblər. İranın BMT-dəki səfiri Xoşru isə ABŞ və İngiltərənin nigaranlıqlarının səbəbini bildiyini deyir.

 

Qulaməli Xoşru – İranın BMT-dəki səfiri:

“Öz nakam və fəlakətlər doğuran siyasətlərindən nigarandırlar. Həmçinin, terrorçuların yasını tutmağa hazırlaşırlar.”

 

İRİB-nin müxbiri:

Digər tərəfdən, İsrailin BMT-dəki səfiri TŞ-yə ünvanladığı hesabatda İranın ticarət məqsədli səfərlər adlandırdığı uçuşların, Livan Hizbullahına silah daşımaq üçün olduğunu iddia edib. Rusiya isə BMT TŞ-yə gələn və İran əleyhinə olan birtərəfli hesabatlara etiraz edib.

 

Vladimir Safronkov – Rusiyanın BMT-dəki nümayəndəsi:

“Raket proqramı ilə bağlı Tehrana edilən Təzyiqlər qeyri-konstruktivdir. Digər tərəfdən, İranın tanınmış silahların satışı üzrə davranışında hansısa qanunsuz cəhət və 2231 saylı qətnamədə bu barədə hansısa məhdudiyyət yoxdur.”

 

 

İRİB-nin müxbiri:

BMT TŞ öz iclasının sonunda İranın ötən 6 ayda nüvə anlaşması qarşısında bütün öhdəliklərə əməl etdiyini bildirdi.