Fev 25, 2017 17:04 Asia/Baku
  • Türkiyə Almaniyadakı vətəndaşlarından casusluq edir

Türkiyə dövləti Almaniyadakı türkiyəli məktəblilərin valideynləri və müəllimlərindən istəyibdir ki, məktəblərdə Türkiyə prezidentini tənqid edən kəslər barədə informasiyalar təqdim etsinlər.

Almaniyada çıxan "Vest Döyçe Algemayne Saytunq" qəzeti xəbər verib ki, Türkiyənin Almaniyanın qərbində yerləşən Nord Rayn Vestfalen (Nordrhein-Westfalen) əyalətindəki konsulluğu türk mənşəlilərdən istəyibdir ki, dərs zamanı öz müəllimlərini filmə çəkərək, Türkiyə dövlətinə qarşı hər cür tənqidi xəbər versinlər.

Almaniya Elmlər və Təhsil Birliyinin sözçüsü Sebastian Kerbez də deyib: Türkiyə müəllimlərindən istənilibdir ki, Nord Rayn Vestfalen əyalətindəki məktəblərdə Türkiyə dövlətinə qarşı hər cür tənqidi konsulluğa xəbər versinlər.

Belə bir halda, Almaniya mediaları dünən xəbər veriblər ki, bu ölkə Türkiyədəki uğursuz 15 iyul çevrilişi və həmin ölkədə müxaliflərin repressiya olunmalarının davam etməsinin ardınca Türkiyə diplomatları tərəfindən 136 halda sığınacaq ərizəsi alıbdır.

Teqlər