Mart 06, 2017 17:56 Asia/Baku
  • 
Fransa prezident seçkiləri astanasında
    Fransa prezident seçkiləri astanasında

Fransada prezident seçkiləri namizədlərinin tərəfdarları və müxalifləri bu günlər küçələrə axışaraq, öz namizədlərinə dəstək verir, rəqiblərə qarşı şüarlar səsləndirirlər.

Parisdə seçkiöncəsi qüdrət nümayişi. Həyat yoldaşı və övladlarının işlə təmin edilməsində mövqeyindən sui-istifadə etməkdə ittiham edilməsi və barəsində məhkəmə işinin açılmasına görə prezident seçkilərinə namizədliyini geri çəkməsi üçün  partiyadaxili təzyiqlər ilə üzləşən Fransua Fiyon öz tərəfdarlarını Parisdə bir araya toplayıb. Eyni zamanda müxalifləri Parisin ətrafında Fiyona qarşı aksiyası keçiriblər.

 

İRİB-nin müxbiri:

Məhkəmə təzyiqlərinin ardınca Fransua Fiyonun istefa verəcəyi gözlənilsə də, O, bunun əksinə olaraq tərəfdarlarını Parisin Trokadero meydanında bir araya topladı. Sayı 200 min nəfərə çatan aksiya iştirakçıları respublikaçıların namizədinə dəstək verməklə yanaşı, məhkəmə sisteminə qarşı şüarlar da səsləndiriblər.

 

Aksiya iştirakçısı:

Fiyon mötədil və iş proqramına malik bir şəxsdir. İndi onu ləkələməyə çalışırlar. Əgər məhkəmə doğru deyirsə, nə üçün Sarkuzi barədə işləri araşdırmır?

 

İRİB-nin müxbiri:

Amma, Parisin digər tərəfində, Respublika meydanında Fiyonun müxalifləri aksiya keçirərək, onun seçkilərdən kənara çəkilməsini istəyib və Fiyonun yerini Alen Jupenin tutmasını istəyiblər.

 

Aksiya iştirakçısı(qadın):

Mən Fiyonun müxaliflərindənəm və qəsdən onun tərəfdarlarına qatılmışam. Onlara, barəsinə məhkəmə işi olan adamın prezident olmağa layiq olmadığını demək istəyirəm.

 

İRİB-nin müxbiri:

Korrupsiyada ittiham edilən respublikaçıların namizədi isə həm məhkəmə qarşısına çıxacağını, həm də seçki rəqabətlərini davam etdirəcəyini bildirib.

 

Fransua Fiyon – Fransa prezidentliyinə namizəd:

Siz, mənə etibar etdiyinizi və demokratiyanın qayğısına qalmalı olduğumu söyləmək üçün bu gün burda bir araya gəlibsiniz. Və mən sizin bu istəyinizə əməl edəcəyimə söz verirəm.

 

İRİB-nin müxbiri:

Fransada seçkiöncəsi təlatümlü bir atmosferin şahidiyik və sağçıların düşərgəsində güclü bir qasırğa var. Bu da Fiyonu qarşıda çətin günlərin gözlədiyindən xəbər verir.    

 

Teqlər