Mart 10, 2017 21:58 Asia/Baku
  • BMT-nin Myanma ordusunun müsəlmanlara qarşı cinayətləri haqda hesabatı
    BMT-nin Myanma ordusunun müsəlmanlara qarşı cinayətləri haqda hesabatı

BMT-nin Myanma məsələləri üzrə xüsusi nümayəndəsi Myanma ordusunun müsəlmanlara qarşı cinayətlərindən xəbər verib.

Frontiyer xəbər portalının məlumatına görə, BMT-nin Myanma məsələləri üzrə xüsusi nümayəndəsi Yanq Hi Li bildirib ki, bu ölkə ordusu müsəlmanlara qarşı zorakı hərəkətlərlə bəşəriyyətə qarşı cinayət törədibdir.

BMT-nin Myanma məsələləri üzrə xüsusi nümayəndəsi əlavə edib: Ordu qüvvələri və polis məmurlarının Ruhinqa müsəlman azlığı ilə rəftarları bəşəriyyətə qarşı cinayətin bariz nümunəsidir.

BMT-nin Myanma məsələləri üzrə xüsusi nümayəndəsinin sözlərinə görə, Myanma dövləti Ruhinqa müsəlman azlığına qarşı tətbiq olunmuş işgəncələr və törədilmiş qeyri-insani cinayətlərə görə məsuliyyət daşıyır.

Myanma ordusu və ekstremist buddistlərin bu ölkənin qərbindəki Raxin əyalətində Ruhinqa müsəlman azlığına qarşı zorakılıq hərəkətləri bu məntəqə sakinlərindən minlərlə nəfərin ölməsi və didərgin düşməsilə nəticələnib.

BMT 2016-cı il mart ayının birində Ruhinqa müsəlman azlığının yaşayış durumu barədə xəbərdarlıq etmiş və bildirmişdi ki, onlar hövlnak şəraitdə yaşamağa məcburdurlar və uşaqlar səhiyyə xidmətlərindən uzaq olduqlarına görə, həyatlarını itirirlər.

 

Teqlər