Mart 15, 2017 11:58 Asia/Baku
  • BMT Myanma müsəlmanlarının qırğın edilməsi haqda araşdırmanın aparılmasını istəyib
    BMT Myanma müsəlmanlarının qırğın edilməsi haqda araşdırmanın aparılmasını istəyib

BMT-nin Myanma insan haqları məsələləri üzrə xüsusi məruzəçisi Yanqhee Li çərşənbə axşamı günü Ruhingiya müsəlmanları əleyhinə törədilən qırğınlar haqda müstəqil araşdırmanın aparılmasını istəyib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Ruhingiya müsəlmanları əleyhinə törədilən cinayətlər və kütləvi cinsi təcavüzə toxunub və bu cinayətləri insan haqlarının pozulması hallarından adlandırıb. 

BMT-nin Myanma insan haqları üzrə xüsusi məruzəçisi beynəlxalq dairələri Myanma müsəlman didərginlərin yerləşdirildiyi bölgələrə giriş üçün addım atılmadığına görə tənqid atəşinə tutub. 

BMT-nin hesabatına əsasən, Myanma ordusu və buddistlərin hərəkətləri nəticəsində 2016-cı ilin əvvəlindən indiyə qədər 40 min müsəlman didərgin düşüb. 

BMT 2016-cı il mart ayında Ruhingiya azlığının həyat durumu haqda xəbərdarlıq edib: Onlar dəhşətli şəraitdə yaşamağa məcburdurlar və uşaqlar səhiyyə nəzarətlərinin olmadığına görə, dünyalarını dəyişirlər. 

Teqlər