Mart 18, 2017 11:25 Asia/Baku
  • Kılıçdaroğlu Türkiyə xalqını əsas qanun referendumuna
    Kılıçdaroğlu Türkiyə xalqını əsas qanun referendumuna "yox!" deməyə çağırıb

Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu bu ölkə xalqından istəyibdir ki, parlament sistemindən prezidentlik sisteminə keçid üçün əsas qanunun 18 maddəsinin dəyişdirilməsi üzrə referendumda "əleyhinə" səs versin.

IRNA-nın məlumatına görə, Kılıçdaroğlu dünən Türkiyə hökumətinin əsas qanun dəyişikliyinə dair referendumda nə üçün "bəli" səs verməsi ilə bağlı xalqı qane etməkdə aciz qaldığını bildirib və xalqı bu barədə sayıq olmağa çağırıb.

Kılıçdaroğlu Türkiyədə əsas qanun dəyişikliyinə dair referendumun bir partiyanın məsələsi olmadığını, əksinə Türkiyənin gələcəyinin məsələsi olduğunu deyərək, əlavə edib: Təklif olunan əsas qanun üzrə islahatlar heç bir vətəndaşın heç bir problemini həll etməyəcək.

Ərdoğan hökumətilə müxalif olan bu siyasi şəxsiyyət vurğulayıb: Referendumda təklif olunan dəyişikliklərlə bütün qüdrət bir nəfərin əlində cəmləşəcək.

Prezidentin ixtiyarlarının artırılması ilə Türkiyənin siyasi quruluşunu parlamentdən prezidentliyə dəyişəcək əsas qanunun 18 maddəsinin dəyişdirilməsi üzrə referendum 2017-ci il aprelin 16-da keçiriləcək.

Türkiyədə əsas qanun dəyişikliyinə dair referendumun ümumi şəkildə təsdiq olunacağı halda, bu ölkənin prezidenti Rəcəb Tayyıp Ərdoğan 2029-cu ilədək iki prezident seçkisində iştirak edə bilər.

Ərdoğanın müxlifləri bu qənaətdədirlər ki, o, Türkiyəni diktatorluğa doğru istiqamətləndirir.

Teqlər