Mart 23, 2017 13:25 Asia/Baku
  • Argentinada müəllimlərin tətili
    Argentinada müəllimlərin tətili

Argentina müəllimləri bu ölkə dövlətinin təhsil siyasətlərinə etiraz olaraq, tətil keçiriblər.

Press TV-nin məlumatına görə, minlərlə müəllim dünən Argentinanın paytaxtı Buenos-Ayresdə, prezident sarayı qarşısında və bu ölkənin digər şəhərlərində Argentinanın təhsil siyasətlərini pisləyibdir.

Argentinalı müəllimlər şüarlar verərək, öz əmək haqlarının aşağı səviyyəsinə etiraz edib və dövlətin müəllimlərin iqtisadi problemlərinə baxmasını istəyiblər.

Etirazçılar Argentina dövlətinin vədlərinin reallaşmamasından nigarançılıq edərək, bildiriblər ki, hökumət və qeyri-hökumət məktəblərinin şagirdləri arasında təhsil fərqi çox yuxarıdır və hökumət indiyədək bu fərqi azalda bilməyibdir.

Etirazçı müəllimlərin Argentinanın paytaxtı Buenos-Ayresdə, prezident sarayı qarşısındakı aksiyası bu şəhərdəki gediş-gəlişi pozubdur.

Teqlər