Mart 23, 2017 19:44 Asia/Baku
  • Ukraynada Rusiya dumasının keçmiş üzvü terror olunub
    Ukraynada Rusiya dumasının keçmiş üzvü terror olunub

Bir neçə ay bundan öncə Ukrayanaya qaçmış Rusiya Dövlət Dumasının keçmiş üzvü Ukraynanın paytaxtı Kiyevdə terror edilib.

Rusiyada Segodnya xəbər agentliyinin məlumatına görə, Kiyev polis təşkilatının rəisi Andrey Krişşenko bu terroru təsdiq edərək deyib ki, Rusiya Dövlət Dumasının keçmiş üzvü Denis Voroninkov naməlum şəxslərin atəşləri nəticəsində Kiyevin mərkəzində öldürülüb.

Məlumata görə, hücumçular Kiyevin mərkəzində, "Pimer Palas" oteli yaxınlığında bir qrup şəxsi atəşə tutublar ki, nəticədə Voroninkov dünyasını dəyişib.

Hücumçuların biri Voroninkovun cangüdəninin atəşi nəticəsində yaralanaraq, polis idarəsinə köçürülüb.

Voroninkov Rusiya Kommunist Partiyasının üzvü və 2016-cı ildə duma üzvü olub. O, özü kimi duma üzvü olmuş həyat yoldaşı ilə yanaşı Kiyevə qaçmış və bu ölkə dövlətindən vətəndaşlıq almışdı.

Rusiya Prokurorluğunun İstintaq Bölməsi Voroninkov barədə bir iş açıb və onu Moskvada çoxmərtəbəli bir binanı qanunsuz surətdə ələ keçirərək, satmaq ilə bağlı böyük fırıldaqçılıq və korrupsiyada ittiham etmişdi.

 

Teqlər