Mart 24, 2017 13:59 Asia/Baku
  • Ukraynada qorxunc partlayış; 20 min nəfər təxliyə olundu
    Ukraynada qorxunc partlayış; 20 min nəfər təxliyə olundu

Ukraynada ən böyük silah-sursat anbarının partlaması ardınca, hadisə baş verən şəhərdən təxminən 20 min insan təxliyə olunub.

Xarkovun Balakleya şəhərində yerləşən Ukraynanın ən böyük silah-sursat anbarında yanğın baş verib və sonra dəhşətli partlayış olub.

Hadisə zamanı bu anbarda təxminən 140 min ton raket və silah-sursat olub.

Ukrayna rəsmiləri Balakleya şəhərində fövqəladə vəziyyət elan edib və təxliyənin ilk mərhələsində əhalinin əksəriyyəti şəhərdən çıxarılıb.

Bu şəhərin 30 minə yaxın əhalisi vardır və Rusiya tərəfdarı olan separatçıların nəzarət etdiyi bölgə ilə o qədər də məsafəsi yoxdur.

Ukraynanın ədliyyə rəsmilərindən Anatoli Matius bu partlayışın terror aktı olduğunu iddia edib.

Ukrayna Müdafiə Nazirliyi yanğının separatçıların təxribatı olduğunu güman edib və bu barədə araşdırmaya başlanıldığını bildirib.

Teqlər