Mart 24, 2017 15:16 Asia/Baku
  • London terraktında 5 nəfər ölüb, 40 nəfər yaralanıb
    London terraktında 5 nəfər ölüb, 40 nəfər yaralanıb

İngiltərə parlamenti yaxınlığında silahlı insident nəticəsində beş nəfər həlak olub, 40 nəfər yaralanıb. Bu insident ardınca, İngiltərə Nazirlər Kabineti fövqəladə iclas keçirib və London şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. London polisi bu hadisəni terror mahiyyətli silahlı insident hesab etdiyini bildirib.

İngiltərənin siyasi mərkəzinə qarşı terror aktı bütün ölkədə heyrətə səbəb olub. 

İngiltərə Nazirlər Kabineti üzvlərinin parlament deputatları ilə həftəlik iclası ilə yanaşı bir şəxs universal avtomobillə İngiltərə parlamentinin yaxınlığında Vest Minster körpüsü üzərində piyadaları vurub.

Səhiyyə dairələrinin bildirdiyinə görə, bu hücumda yaralananların bir neçəsinin vəziyyəti ağırdır.

Hadisədən bir neçə dəqiqə sonra İngiltərə parlamentinin əsas girişinin gözətçisi də bu avtomobilin sürücüsünün bıçaqla hücumuna məruz qalıb və yaralanıb. Bu hücumdan sonra gözətçilər həmin şəxsi güllələyiblər. Bir neçə saat sonra polis onun və gözətçinin yaralarının ağırlığı üzündən dünyalarını dəyişdiyini bildirib. 

Bu hadisə ardınca İngiltərənin siyasi ürəyi və bu ölkə paytaxtının ən təhlükəsiz məkanı heasb olunan, bu ölkə parlamenti-Bukingem sarayı, baş nazirliyin ofisi, bir neçə nazirliyin binasının yerləşdiyi Vest Minsterin ətrafındakı prospektlər bağlanıb. Həmçinin İngiltərənin hər bir yerində önəmli və dövlət obyektlərinin ətrafında ən güclü təhlükəsizlik tədbirləri tətbiq olunub.

İngiltərənin terrorizmlə mübarizə polisi qüvvələrin tam hazır vəziyyətdə olduğunu bildirib və iştirak və polis reydlərinin artdığını elan edib.

İngiltərə polisi bildirib: Bildiyiniz kimi, ehtiyac olduğu halda, ordudan da kömək alacağıq.

Bununla yanaşı İngiltərə Nazirlər Kabineti fövqəladə hallarla əlaqədar Kobra adlı iclasını keçirib.