Mart 25, 2017 11:24 Asia/Baku
  • Di Misturanın təkidi
    Di Misturanın təkidi

BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi Rusiya, Türkiyə və İranın Suriya böhranının həlli üzrə səylərini dəstəkləyərək, bu səylərin həmin böhranın həllinədək davam etməsini istəyib.

IRNA-nın məlumatına görə, Di Mistura Cenevrə müzakirələrinin Suriyadakı meydan döyüşləri ilə bir vaxta düşməsindən təəssüflənərək, belə qeyd edib: Qeyri-münasib vəziyyətə rəğmən, bütün suriyalı tərəflər Cenevrə iclasında iştirak barədə razılaşıblar.

BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi deyib: Bütün suriyalı tərəflər terrorizmlə mübarizə, seçkilərin keçirilməsi, əsas qanun və siyasi keçid barədə olan məsələlərin eyni zamanda müzakirə olunması haqda razılaşıblar.

Di Mistura əlavə edib: Cümə axşamıgünkü iclasda Suriya dövlətinin nümayəndə heyəti bütün məsələlər barədə müzakirəyə öz hazırlığını bildirib.

Cenevrə-5 konfransı martın 23-dən bütün tərəflərin iştirakı ilə Cenevrədə işə başlayıb.

Teqlər