Mart 25, 2017 16:27 Asia/Baku
  • BMT TŞ-də Fələstini himayə barədə dörd qətnamə qəbul olunub
    BMT TŞ-də Fələstini himayə barədə dörd qətnamə qəbul olunub

BMT-nin İnsan Haqları Şurası özünün Cenevrədə keçirilən 34-cü iclasında əksəriyyət səslə Fələstini himayə barədə dörd qətnamə qəbul edib.

Fələstin informasiya mərkəzinin məlumatına görə, BMT-nin İnsan Haqları Şurası dünən əksəriyyət səslə işğal olunmuş Fəlsətin ərazilərində insan haqlarının durumu, Fələstin xalqının müqəddəratının təyini haqqına dəstək, qərb sahilində sionist qəsəbə salmaların pislənilməsi, Qəzzə zolağı və qərb sahilində fələstinlilərin hüquqlarının pozulmasının pislənilməsi məzmunlu dörd qətnamə qəbul edib.

Fələstinlilər bu qətnamələrdən Beynəlxalq Haaqa Məhkəməsində istifadə edə bilərlər.

Digər tərəfdən, Amerika və sionist rejim bəzi ölkələri özlərilə yanaşı eməklə bu qətnamələrin qəbul edilməsinə mane olmağa çalışırlar.

Həmçinin ABŞ Dövlət Departamenti cari həftənin əvvəllərində BMT-nin İnsan Haqları Şurasını anti-sionist mövqe tutmaqda ittiham və bu üzdən, iclasların bu dövrünü boykot etdi.

Belə bir halda, sionist rejim beynəlxalq qətnamələrin heç birinə etina etməyərək, sionist qəsəbələrin salınması və fələstinlilərin qırğın olunmalarını, eləcə də Qəzzə zolağının mühasirəsini davam etdirir.

Teqlər