Apr 08, 2017 12:20 Asia/Baku
  • İslami ölkələrin vətəndaşlarının Amerikaya girişinin qadağan olunması fərmanından şikayət
    İslami ölkələrin vətəndaşlarının Amerikaya girişinin qadağan olunması fərmanından şikayət

Amerikada Vətəndaş Azadlıqları Birliyi bu ölkə prezidentindən şikayət edib. Şikayətə səbəb, mühacirlərə qarşı fərmanın verilməsidir.

IRIB-nin məlumatına görə, Amerikada Vətəndaş Azadlıqları Birliyi bu ölkə məhkəməsinə bu haqda şikayət ərizəsi təqdim edərək, vurğulayıb: ABŞ Dövlət Departamentinin bu ölkənin prezidenti Donald Tramp tərəfindən başlıca olaraq islami ölkə olan altı ölkənin vətəndaşlarına qarşı verilmiş müvəqqəti qadağanın icrası barədəki daxili göstərişi göstərir ki, bu qadağa Amerikanın əsas qanununu pozur.

Bu birlik həmin məsələni Kaliforniyanın şimalındakı federal məhkəməyə təqdim etdiyi şikayətinin bir hissəsində qeyd edib. Trampın İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının Amerikaya girişlərini doxsan gün müddətinə qadağan edən altı mart tarixli sərəncamı əleyhinə yönəlmiş bu şikayət ərizəsi vizaya malik olan üç tələbə adından  təqdim olunub.

Belə bir halda, ABŞ-ın dövlət katibi Reks Tillerson Trampın fərmanının icrası üzrə ABŞ Dövlət Departamentinin daxili göstərişini ötən ay Amerikanın dünya üzrə konsulluqlarına dörd məktub formasında elan edib.

Bəzi islami ölkələrin vətəndaşlarının Amerikaya girişlərinin qadağanı üzrə fərmanın icrası hazırda federal məhkəmələr tərəfindən məhkəmə hökmlərinin verilməsilə dayandırılıbdır.

Teqlər