Apr 26, 2017 12:54 Asia/Baku
  • TAD raket sisteminin detallarının Cənubi Koreyaya köçürülməsinə etiraz
    TAD raket sisteminin detallarının Cənubi Koreyaya köçürülməsinə etiraz

Amerika ordusu TAD raket sisteminin detallarının Cənubi Koreyada yerləşdiriləcək məkana köçürülməsinə başlayıb.

İRİB-in verdiyi məlumata görə, Seul və Vaşinqton ötən ilin iyulunda bildirdilər ki, Şimali Koreyanın raket sınaqları ilə qarşılaşmaq məqsədi ilə Cənubi Koreyada raket sistemi yerləşdirəcəklər. 

Eyni zamanda Cənubi Koreya polisi Amerikanın TAD raket sisteminin quraşdırıldığı məkana toplaşan etirazçılarla toqquşub. TAD raket sisteminin detallarını daşıyan maşınların Cənubi Koreyaya daxil olmasının ardınca Seonqcu bölgəsində əhali küçələrə axışıb və bir daha Seul və Vaşinqtonun bu qərarına qarşı öz etirazını bildirib. 

Seonqcu bölgəsində 8 min insan bir yerə toplaşaraq bəzi küçələri bağlayıb. 

Cənubi Koreya vətəndaşları ötən günlər ərzində Amerikanın TAD raket sisteminin bu ölkə ərazisində yerləşdirilməsinə qarşı etiraz əlaməti olaraq Konstitusiya Məhkəməsindən bu təşəbbüsün qanuni olub-olmaması barədə qərar verməsini istəyiblər. 

Teqlər