May 08, 2017 13:35 Asia/Baku
  • Fransanın müxtəlif şəhərlərində Makron əleyhinə aksiyalar keçirilib
    Fransanın müxtəlif şəhərlərində Makron əleyhinə aksiyalar keçirilib

Fransanın Paris və Nant şəhərlərində yüzlərlə nəfər bu ölkənin seçilmiş prezidenti əleyhinə aksiya keçirib.

Fransanın Le Fiqaro qəzetinin internet portalının yazdığına görə, Leor-Atlantik əyalətində Nant şəhəri, həmçinin paytaxt Parisin şimal-şərqində sakinlər bazar günü gecə bu ölkənin seçilmiş prezidenti Emmanuel Makron əleyhinə aksiyalar təşkil edərək onun istefa verməsini tələb ediblər.

Bu aksiyalar etirazçıların molotof kokteylindən istifadə etməsinə görə, polislə qarşıdurma ilə nəticələnib və polis aksiyanı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Nant şəhərində baş verən insidentdə, bir işçi və bir fotoqraf yaralanıb və 13 etirazçı da saxlanılıb.

Fransa prezident seçkilərinin 2-ci turunda müstəqil namizəd Emmanuel Makron bazar günü Milli Cəbhə partiyasının namizədi Marin Lö Peni məğlub edərək Fransanın 8-ci prezidenti seçilib.

Teqlər