May 22, 2017 12:13 Asia/Baku
  • Amerika tələbələri Mayk Pensə etiraz ediblər
    Amerika tələbələri Mayk Pensə etiraz ediblər

Amerikada bir qrup tələbə bu ölkə prezidentinin müavininin məzuniyyət mərasimində iştirakına etiraz ediblər. Mayk Pens vitse prezident təyin olmazdan öncə İndiana ştatının qubernatoru idi.

ABŞ prezidenti Donald Trampın müavini Mayk Pens dünən İndiana ştatının Noterdam Universitetində tələbələrin məzuniyyət mərasimində çıxış etmək üçün bu universitetə getmişdi. O tribun arxasına keçəndən sonra onlarla tələbə və onların ailələri onun mərasimdə iştirakına etiraz əlaməti olaraq mərasimi tərk etməyə başlayıblar. 

Noterdam Universitetinin tələbələri öncə də universitet rəhbərliyinə 2017-ci il məzuniyyət mərasiminə Donald Trampın dəvət edilməsi qərarına etiraz etmişdilər. 

Mərasimin başlanğıcında Noterdam Universitetinin əlaçı tələbəsi Keybl Caşua çıxış edərək Donald Trampın müsəlmanlara qarşı siyasətlərini və Meksika sərhədlərinə divar çəkmək layihəsini qınayıb.