May 24, 2017 09:46 Asia/Baku
  • Filippinin cənubuna komendant saatı tətbiq olunub

Filippin prezidenti cənubda bu ölkə ordusu ilə terrorçular arasında qarşıdurmaların artması ilə komendant saatı elan edib.

İRNA-nın məlumatına görə, cənubda Mindanao adasında Filippin ordusu ilə İŞİD-ə bağlı terrorçular arasında qarşıdurmaların artması ardınca, bu ölkə prezidenti Rodriqo Duterte bu adada 60 gün komendant saatı elan edib. 

Filippin müdafiə naziri Delfin Lorenzana bildirib: Orduun 15 terrorçunun gizləndiyi binaya hücum etməsi ilə güclənən bu qarşıdurmada 3 hərbçi həlak olub 12 nəfər də yaralanıb. 

Bazar ertəsi günü Moskvaya səfər edən Duterte səfərini yarımçıq qoyaraq ölkəsinə dönüb. 

İŞİD terror qruplaşmasına sadiq qalacağını bildirən Maote qrupu indiyə qədər Mindanao adasında bir neçə terror aktı törətmişdir. 

Teqlər