May 25, 2017 14:32 Asia/Baku
  • Nyu-Yorklular fələstinli əsirləri himayə ediblər
    Nyu-Yorklular fələstinli əsirləri himayə ediblər

Onlarla ictimai fəal Nyu-Yorkun Tayms meydanında piket keçirərək, İsrail zindanlarında aclıq aksiyasına qoşulmuş fələstinli əsirlərə dəstək nümayiş etdirib.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, sülh fəalları və fələstinliləri müdafiə edən ictimai fəallar Nyu-Yorkun Tayms meydanında bir araya gələrək, İsrail zindanlarında aclıq aksiyası elan etmiş fələstinli əsirlər ilə öz həmrəyliklərini elan ediblər.

Aksiya iştirakçıları əsasən tələbə təşkilatları və insan haqları tərəfdarlarından olublar. Bu aksiyada iştirak edənlər fələstinli əsirlər və Fələstin xalqını himayə üzrə şüarlar səsləndirərək, İsrailin işğalçılıq siyasətlərinə öz etirazlarını bildiriblər.