İyun 25, 2017 19:55 Asia/Baku
  • Nyukaslda Fitr bayramı namazı iştirakçılarını avtomobil əzdi
    Nyukaslda Fitr bayramı namazı iştirakçılarını avtomobil əzdi

Britaniyanın Nyukasl şəhərində bir avtomobilin Fitr namazı iştirakçılarının arasına daxil olması 6 nəfərin yaralanmasına səbəb olub.

Britaniyada çıxan San qəzetinin internet səhifəsində yer alan məlumata görə, Nyukasl müsəlmanları bu gün səhər Fitr bayramı namazında iştirak etdikdən sonra, məsciddən evə dönərkən qorxunc faciəyə məruz qalıblar. Avtomobili məsciddən çıxan insanların üzərinə sürən şəxs 6 nəfərin yaralanmasına səbəb olub. 

Britaniya polisi hadisənin 42 yaşlı bir qadın tərəfindən törədildiyini lakin, hadisənin cinayət tərkibinə malik olmadığını bildirərək, bunun terror aktı olmadığını elan edib.