İyun 28, 2017 15:38 Asia/Baku
  • Venesuela Ali Məhkəməsinin binası atəşə tutulub

Venesuela dövləti bir vertolyot tərəfindən Venesuela Ali Məhkəməsinin binasının atəşə tutulmasından xəbər verib.

Assoşieyted-Press-in məlumatına görə, Venesuela prezidenti Nikolas Madoro bildirib ki, dünən televiziya ilə canlı çıxışı zamanı bir vertolyot bu ölkənin ali məhkəməsinin binası üzərində uçmağa başlayaraq, onun binasını atəşə tutub və bu binaya tərəf bir qumbara atıbdır, lakin qumbara açılmayıbdır.
Madoro əlavə edib: Bu vertolyot sonra daxili işlər nazirliyinə tərəf hərəkət edərək, nazirliyin binası üzərində uçmağa başlayıb.

Venesuela prezidenti bu hərəkətləri dövləti səbatsız etmək və ona qarşı çevriliş hədəfilə həyata keçirilmiş fitnələr adlandırıb.

Madoro sonra deyib: Venesuelanın hava müdafiəsi fəal vəziyyətə gəlibdir ki, onun terror hücumu adlandırdığı işi uğursuz qoymuş olsun.

Belə bir halda, Madoronun müxaliflərindən bir çoxu sosial medialarda Venesuela prezidentinin cəmiyyətdə qorxu və dəhşət atmosferinin yaranamsında məsuliyyət daşıdığını bildirirlər. Onlar qeyd edirlər ki, Madoronun bu hərəkətdə məqsədi, onun əsas qanunun yenidən yazılmasına dair layihəsinin dayandırılmasının ardınca olan bir qrup Venesuela vətəndaşının yatırılmasını əsaslandırmaqdır.

Bu hadisənin baş verməsindən sonra social medialarda bir sıra təsvirlər yayıldı. Bu təsvirlər dövlətə qarşı şüar yazılmış plakatı daşıyan göy rəngli bir polis vertolyotunu göstərir.  

Belə bir halda, Venesuelanın sosial şəbəkələrində videoçarxlar da yayılıbdır ki, onlarda polis qüvvələrinin Oskar Peres adlı bir pilotu Madoronun istibdadına qarşı qiyamın edilməsini tələb edir.