İyul 14, 2017 16:58 Asia/Baku
  • Trampın oğlunun şəkli cani kimi Taym jurnalının üz qabığında
    Trampın oğlunun şəkli cani kimi Taym jurnalının üz qabığında

Amerikada çıxan Taym jurnalı ən yeni sayında öz üz qabığını cinayətkar kimi ABŞ prezidentinin böyük oğlunun şəklinə ayırıb.

IRIB-nin məlumatına görə, Amerikada çıxan Taym jurnalı ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Cuniyorun şəklinin altında “Cinayət törədərkən” ifadəsindən istifadə edibdir ki, Trampın böyük oğlunun Kreml ilə bağlı vəkil ilə əlaqələri və Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi məsələlərinə işarə edir.

Amerika senatının məhkəmə komitəsinin üzvləri Trampın böyük oğlunun rus vəkil ilə əlaqələri barədə izahat verməsinə təkid edirlər.

Donald Trampın böyük oğlu Donald Tramp Cuniyorun 2016-cı il ABŞ prezident seçkiləri rəqabətləri zamanı rus vəkil ilə təmasının ifşa olunması Donald Trampa qarşı hücumları artırıbdır.

Bu məlumata görə, təhqiqat və ifşaçılıqların davamında əgər Donald Trampın özünün Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi işində iştirakı barədə mötəbər sənədlər təqdim olunarsa, onun impiçment edilməsi prosesi sürətlənəcəkdir.

 

Teqlər