İyul 18, 2017 17:14 Asia/Baku
  • Amerika rəsmilərinin anti-İran mövqelərinin səbəbi
    Amerika rəsmilərinin anti-İran mövqelərinin səbəbi

Amerikada çıxan Hafinqton Post qəzetinin yazdığına görə, Amerika rəsmilərinin İrana qarşı möqelərdə məqsədləri daxili imici gücləndirməyə yönəlib.

Hafinqton Post qəzeti bir məqalədə Amerikanın siyasi rəhbərlərinin İrana qarşı ikiüzlü siyasətlərinə toxunub və yazıb: İrana qarşı tənqidlər daima Amerika siyasətçilərinin daxildə öz imiclərini artırmağa yönəlik metodları olub. 

Məqalənin davamında deyilir: Amerikanın xüdbin siyasətçilərinin İrana qarşı sərt bəyanatlarda əsas məqsədləri uzun illər boyu Amerika ictimaiyyətinin ümumi fikrində formalaşdırılmış İrana qarşı hisslərdən istifadə etməkdir. 

Hafinqton Post yazıb: Nə İran nə də heç bir şiənin Amerika və Avropadakı ölümcül terror aktlarında iştirak etmədiyinə baxmayaraq ABŞ-ın yüksək səviyyəli siyasətçilərinin İrana qarşı riyakar rəftarı hələdə davam edir. 

Bu amerikan qəzet bildirib ki, qərb, xüsusiylə də Amerika bu reallığı başa düşməlidirlər ki, inqilabdan sonra inkişaf edən iran regionun bir çox digər ölkələrinin əksinə olaraq elə rəftar edib ki, tarixdə ona xoş münasibət bəslənəcək. 

Teqlər