İyul 19, 2017 17:26 Asia/Baku
  • Yanğın minlərlə kanadalını evindən etdi

Kanadada meşə yanğınları səbəbi ilə 40 mindən çox şəxs ev-eşiyindən didərgin düşüb.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Kanadanın Meşə Yanğının Söndürülməsi Mərkəzi bildirib: Kanadanın qərbində Britiş Kolumbiyada 188 min hektar meşə və ərazi yanıb və böhranlı şərait davam edir.

Məlumatda bildirilir: Britiş Kolumbiyanın şimalından cənubuna qədər 159 yanğın halı vardır. Yanğının altmış faizi nəzarətdən çıxıb.

Yanğının təhlükəli olmasına dair xəbərdarlıqlara görə, meşəliklərin yaxınlığındakı ərazilərin sakinləri evlərini tərk etsələr də, öz evlərindən on bir gün uzaq qaldıqdan sonra, yanğın söndürülmədiyinə görə, öz evlərinə qayıtmağa başlayıblar.

Təxminən üç min yanğınsöndürmə əməkdaşı iki yüz vertolyot və təyyarə ilə yanğını söndürmək üçün səfərbər olunub.

Ötən il də Kanadanın qərbində meşəliklərdə güclü yanğın baş verdi. Nəticədə Alberta ştatının Fort Makmurray şəhərinin yüz mindən çox sakini təxliyə olundu.

Teqlər