İyul 27, 2017 17:44 Asia/Baku
  • İran və Çin arasında əməkdaşlıq sənədi imzalanıb
    İran və Çin arasında əməkdaşlıq sənədi imzalanıb

İran və Çin arasında iqlim dəyişiklikləri ilə mübarizə üzrə mükəmməl tərtibat barədə əməkdaşlıq sənədi imzalanıb.

IRNA-nın məlumatına görə, əməkdaşlıq haqqında memorandum bu gün İranın Çindəki səfiri Əli Əsğər Xaci və Çin milli inkişaf və islahat komissiyasının iqlim dəyişiklikləri departamentinin baş direktoru Tsi Ci tərəfindən imzalanıb.

İranın Çindəki səfiri Pekində keçirilən bu görüşdə iki ölkənin, əməkdaşlıqların bütün sahələrdə inkişaf etdirilməsi üzrə əzmkarlığına işarə edərək, söyləyib: Regional və beynəlxalq sahələr daxil olmaqla müxtəlif sektorlarda İran-Çin əlaqələrinin perspektivi barədə müsbət dəyərləndirmə mövcuddur.

Çin milli inkişaf və islahat komissiyasının iqlim dəyişiklikləri departamentini baş direktoru da Çin prezidenti Si Tsinpinin 2016-cı ildə İrana olmuş səfərinə işarə edərək, bu səfəri iki ölkə əməkdaşlıqlarının inkişafında dönüş nöqtəsi adlandırıb.

Teqlər