Avq 12, 2017 12:53 Asia/Baku
  • Avropada zəhərli yumurtalar
    Avropada zəhərli yumurtalar

Zəhərli maddələrə bulaşıq yumurtaların paylanması 17 ölkədə ciddi nigaranlığa səbəb olub.

İngiltərədə fipronil zəhərinə bulaşıq holland yumurtaları ilə əlaqədar xəbərlərin yayılması və istehlakçılar arasında nigaranlığın yaranmasından sonra, İngiltərə Ərzaq Maddələrinin Sağlamlığına Nəzarət orqanı bildirib ki, 700 min yumurta satış və istehsal obyektlərindən yığılacaq. 

Tibbi ekspertlər bildirirlər ki, fipronil zəhəri birə, bit və gənələri yox etmək üçün istifadə olunur. Lakin onlardan ərzaq və protein maddələrinin istehsal mərkəzlərində istifadə olunması qadağandır. 

Fipronil zəhərinə bulaşıq yumurta paketləri İngiltərədən əlavə Avropanın 14 ölkəsi, eləcə də Honq Konq və İsveçrəyə ixrac olunub. Bu isə istehlakçılar arasında ciddi nigaranlığa səbəb olub. 

Zəhərli dərmana bulaşıq yumurtaların qeyd olunan ölkələrdə yayılmasına görə nigaranlığın artması, eləcə də Hollandiya və Belçikanın bu yumurtaların zəhərli dərmana bulaşıq olmasından məlumatlı olmalarına dair xəbərlərin yayılması Avropa Komissiyasını bu məsələnin araşdırılması üçün xüsusi iclas keçirməyə məcbur edib. 

Zəhərli dərmana bulaşıq yumurtanın mənşəyi olan Hollandiyada polis bildirib ki, bu rüsvayçılıqla əlaqədar indiyə qədər iki nəfər saxlanılıb. 

Həmçinin bildirilib ki, Hollandiya və Belçikada onlarla quşçuluq fabrikinin fəaliyyəti dayandırılıb və bəzi satış-iaşə obyekti də ehtiyatlı davranaraq yumurta satışından imtina edib. 

Milyonlarla zəhərli maddəyə bulaşıq yumurtaların yayılması və istehlakçıların sağlamlığına vura biləcək zərərlərdən nigaranlıq Avropa ölkələri arasında diplomatik gərginliklər yaradıb. 

Brüssel Avropa səviyyəsində səhiyyə xəbərdarlığı sisteminin aktivləşdirilməsi üçün sürətli hərəkət etməməkdə suçlanıb. Belçika da öz növbəsində bu nöqsanı Hollandiyanın üzərinə atıb ki, məsələ ilə bağlı vaxtında Brüsseli məlumatlandırmayıb. 

Halbuki Kütləvi İnformasiya Vasitələri bildirirlər ki, Avropa Ərzaq Təhlükəsizliyi Təşkilatı təxminən iki ay öncə bu saxtakarlıqdan xəbərinin olduğunu etiraf edib. Lakin qonşu ölkələri bu məsələ ilə bağlı məlumatlandırmayıb və Avropa Xəbərdarlıq Sistemini aktivləşdirməyib. 

Teqlər