Avq 12, 2017 17:23 Asia/Baku
  • Keniyada dövlət müxaliflərinin aksiyasında iki nəfər həlak olub
    Keniyada dövlət müxaliflərinin aksiyasında iki nəfər həlak olub

Keniya polisi bu ölkənin prezident seçkilərinin nəticələrilə müxalif olanlarla qarşıdurmada iki aksiyaçının ölməsindən xəbər verib.

Frans-Press-in məlumatına görə, Keniya dövləti müxalifətinin rəhbəri Raila Odinqanın tərəfdarları dünən gecə Keniyanın hazırkı prezidenti Uhuru Kenyattanın prezident seçkilərində qələbə çalmasının elan olunmasından sonra aksiya keçiriblər.

Ötən günlərdə də Keniya dövləti müxalifətinin rəhbəri Raila Odinqanın seçkilərdə saxtakarlıq iddiasını irəli sürməsindən sonra bu ölkə xalqı saxtakarlığa etiraz olaraq, aksiya keçirdi. Bu da təhlükəsizlik qüvvələri ilə əhali arasında toqquşma ilə nəticələndi. Bu toqquşmalarda azı dörd nəfər həlak oldu.

Avqustun 8-də Keniyada keçirilmiş seçkilərin nəticələrinə əsasən, Keniyanın hazırkı prezidenti Uhuru Kenyatta səslərin təqribən 55 faizini əldə edərək, seçkilərin qalibi oldu.

Teqlər