Avq 17, 2017 15:19 Asia/Baku
  • Hollandiyada girovgötürmə başa çatdı
    Hollandiyada girovgötürmə başa çatdı

Hollandiyanın Hilversum şəhəri radiostansiyasının binasında girovgötürmə hadisəsi girovgötürən şəxsin həbs olunması ilə başa çatıb.

Röyters-in məlumatına görə, Hollandiyanın şimalında yerləşən Hilversum şəhərinin FM3 radio kanalının işçiləri bildiriblər ki, bir kişi bu gün bu binanın çölündə iki nəfəri hədələdikdən sonra binanın içinə soxulubdur.

Polis qüvvələrinin müdaxiləsilə heç bir tələfat olmadan girovgötürən şəxs yaxalanıb.

Hollandiya polisinin bildirdiyinə görə, Hilversum şəhərinin FM3 radio kanalı verilişlərinin yayımı heç bir xələl görmədən davam edir.