Avq 20, 2017 12:34 Asia/Baku
  • Fransada qatar stansiyası təxliyə edilib
    Fransada qatar stansiyası təxliyə edilib

Fransanın yerli KİV-ləri ölkənin cənubunda Nim şəhərində bir qatar dayanacağında yaraqlıların müşahidə olunmasına görə sərnişinlərin evakuasiya edilməsindən xəbər veriblər.

Russia Today-in verdiyi məlumata görə, ilkin məlumatlara görə 3 yaraqlı həmin qatar stansiyasında mülkinin üzərinə atəş açıblar. 

Fransa polisinin sözçülərindən biri həmin qatar stansiyasına atışma baş verdiyinə dair məlumatları təkzib edib. 

2015-ci il noyabrda 130 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən Parisdə terror aktından sonra təhlükəsizlik tədbirlərini gücləndirib. 

Nim şəhərində qatar stansiyasının təxliyyə edilməsi xəbəri elə bir şəraitdə yayılır ki, ötən həftə İspaniyada da iki terror aktı nəticəsində 14 nəfər öldü yüzdən çox adam yaralandı. 

Teqlər