Avq 20, 2017 15:42 Asia/Baku
  • Kanadada anti-rasizm aksiyası zorakılığa çevrilib
    Kanadada anti-rasizm aksiyası zorakılığa çevrilib

Kanadanın Vankuver şəhəri əhalisindən minlərlə nəfər aksiya keçirərək, faşist və neofaşist qrupların fəaliyyətlərilə öz müxalifətini bildirib.

CBC Nyus telekanalının məlumatına görə, şənbə günü dörd min nəfərin iştirakı ilə Vankuver küçələrində keçirilmiş bu aksiyada iştirak edənlər şüarlar verərək, dini və irqi müxtəlifliyə hörmət və mühacirlərin qəbul olunmaları üçün açıq qapı siyasətinin tətbiq olunmasını istəyiblər.

Vankuver şəhərinin baş küçələrində aksiya keçirənlər faşist və neofaşist qrupların tərəfdarları ilə üzləşiblər ki, onun davamında iki tərəf bir-birinə qarşı şüar veribdir.

Bu məlumata görə, tərəflərin şifahi və fiziki toqquşması ilə cərəyan edən bu qarşıdurma polisin məsələyə qarışması ilə nəticələnibdir. Vankuver polisi beş nəfəri həbs edib.

Kanadanın Vankuver şəhəri əhalisinin anti-rasizm aksiyası Amerika xalqının Boston, Alabama, Viskonsin, Kaliforniya, Nyu-Cersi, Şimali Karolina, İllinoys və Nyu-York ştatlarındakı geniş aksiyaları ilə bir zamanda keçirilibdir.

Teqlər