Avq 20, 2017 16:59 Asia/Baku
  • Dallasda rasizm tərəfdarları ilə müxalifləri arasında toqquşma
    Dallasda rasizm tərəfdarları ilə müxalifləri arasında toqquşma

Amerikanın Dallas şəhərində ağdərililərin irqi üstünlüyü tərəfdarlarından bir qrupu və anti-rasizm aksiyasının yüzlərlə iştirakçısı bir-birilə toqquşubdur.

Toqquşma dünən rasizm simvolu binasının qorunması üstündə Dallas şəhərindəki Amerika vətəndaş müharibəsilə bağlı qəbiristanlıqda baş verib.

Polis məmurları vertolyotdan istifadə edərək, yüzdən yuxarı aksiyaçını qəbiristanlıqdan çıxarıblar ki, onlar da polisin bu hərəkətinə etiraz edərək, məntəqədəki bir küçəni bağlayıblar.

Məlumatlara görə, hər iki qrupdan olan bəzi şəxslərin yanında silah olub, lakin atışma baş verməyibdir.

Bundan öncə də iki mindən çox insan Dallas qəbiristanlığının yaxınlığında anti-rasizm aksiyasında iştirak etmişdi.

Teqlər