Avq 22, 2017 09:32 Asia/Baku
  • Rusiya SSRİ-nin borclarından xilas olub
    Rusiya SSRİ-nin borclarından xilas olub

Rusiya Federasiyası Sovet Sosialist Respublikaları İttifaqı SSRİ-nin borclarından xilas olub.

İRNA-nın məlumatına görə, Rusiya 125 milyon 200 min dollar Bosniya və Herseqovinaya ödəyərək 26 ildən sonra SSRİ-nin 96 milyard dollarlıq borcundan xilas olub. 

SSRİ-nin 1991-ci ildə dağılarkən 96 milyard 600 milyon dollardan çox xarici borcu vardı. Rusiya onun varisi olaraq borcu və onun kreditlərini ödəməyə məcbur oldu. 

Rusiyanın Maliyyə Nazirliyi bazar ertəsi günü bildirib: Bosniya və Herseqovinaya borc  SSRİ-nin maliyyə öhdəlikləri çərçivəsində son borc olaraq ödənildi, beləliklə 26 illik iş tam şəkildə bağlandı. 

1998-ci ildə SSRİ-nin xarici borcu ilə əlaqədar 10 milyard dollar bağışlandı. Lakin faizləri hesabladıqda ötən 25 ildə təxminən 100 milyard dollar ödənilib. 

Digər tərəfdən SSRİ-nin xarici kreditlərinin ödənməsi üçün Rusiyanın əsas tələbləri ödəmək imkanı olmayan ölkələrə verildi və Moskva da onlardan heç nə tələb etmədi. 

Misal üçün Rusiya Şimali Koreyanın 10 milyard dollarlıq borcunun 90%-ni, Kubanın 32 milyard dollarlıq borcundan isə 29 milyard dolları bağışladı. 

Teqlər