Avq 23, 2017 10:02 Asia/Baku
  • Ukraynanın şərqində atəşkəs dörd ölkə tərəfindən dəstəklənib
    Ukraynanın şərqində atəşkəs dörd ölkə tərəfindən dəstəklənib

Rusiya, Ukrayna, Almaniya və Fransanın başçıları Ukraynanın şərqində atəşkəsin bərqərarını himayə ediblər.

Kreml bildirib ki, Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel dünən bir telefon söhbətində Ukraynanın şərqində atəşkəsin bərqərarını alqışlayıblar. 

Kremlin bəyanatında deyilir ki, Rusiya, Ukrayna, Almaniya və Fransanın başçıları 2015-ci ilin fevralında Minskdə əldə olunmuş sülh razılaşmasını himayə ediblər.

Teqlər