Avq 24, 2017 15:55 Asia/Baku
  • Çinin cənubunda güclü tufan
    Çinin cənubunda güclü tufan

Güclü Hatu tufanı Çinin "Quan Don" əyalətinin cənub sahillərini bürüyüb.

Çinin "Quan Don" əyalətinin cənub sahillərini bürümüş güclü Hatu tufanı xəsarətlər törədib.

İlin 13-cü güclü tufanı olan Hatu tufanı Tsuhay və Tsuntsyan şəhərlərində leysan yağışları ilə müşayiət olunub.

Güclü küləklər şəhər təsisatlarına zərər vurub və bir çox ağacı kökündən çıxarıbdır.

Yerli rəsmilər "Quan Don" əyalətinin yaxınlığındakı "Quantsi Tsuan" muxtar məntəqəsində tufanın baş verməsi haqda xəbərdarlıq ediblər.

Teqlər