Avq 25, 2017 10:04 Asia/Baku
  • Çarlstonda atışma və girovgötürmə
    Çarlstonda atışma və girovgötürmə

ABŞ polisi bu ölkənin Cənubi Karolina ştatının Çarlston şəhərində yerləşən bir restoranda atışma və girovgötürmədən xəbər verib.

Tapança ilə Cənubi Karolina ştatının Çarlston şəhərinin mərkəzində yerləşən bir restorana daxil olmuş bir şəxs bu restoranın işçilərini girov götürüb. 

Çarlston polisinin sözçüsü Çarlz Fransisin sözlərinə görə, girovlar restoranda həbsdə olmaqda davam edirlər.

Polis ərazidəki ticarət obyektlərini boşaldaraq, onları bağlayıb və əhalidən məntəqəyə yaxın durmamasını istəyib.

Çarlston polisi bildirir ki, hadisə yerində bir nəfər yaralanıb və digər birisi ilə xəstəxanaya yatırılıbdır.

Bununla belə, Əlaləm telekanalı bir xəbərdə bildiribdir ki, girovlardan biri öldürülüb və hücumçu şəxs də yaralanıbdır.

Çarlston meri Con Teklenberk deyibdir ki, bu hadisə terror hadisəsi deyil və hücumçu şəxs restoranın narazı işçilərindən biridir.

Hər gün Amerikanın müxtəlif məntəqələrində baş verən atışmalar nəticəsində onlarla nəfər ölür və ya yaralanır.

Teqlər