Okt 15, 2017 16:28 Asia/Baku
  • İtaliyada işsizlik və miqrantlığa etiraz aksiyası
    İtaliyada işsizlik və miqrantlığa etiraz aksiyası

İtaliya vətəndaşları işsizlik səviyyəsinin yuxarı olması və bu ölkədə miqrasiya prosesinin nəzarətdən çıxmasına etiraz olaraq müxtəlif şəhərlərdə aksiya keçiriblər.

Press TV-nin məlumatına görə, italiyalı etirazçılar, Roma, Neapl, Turin və digər şəhərlərdə aksiyalar təşkil edərək hökumətin gənclərin işsizliyi problemi ilə mübarizə aparmasını və 2018-ci il büdcəsində ictimai təhlükəsizlik planına əlavə vəsait ayırmasını istəyiblər.

İtaliyada 8 milyondan çox vətəndaş ağır iqtisadi durumdadır. Bu da Avropada ən yuxarı göstəricidir.

Həmçinin ötən iki ildə 250 mindən çox miqrant İtaliyaya daxil olub.

Teqlər