Okt 20, 2017 10:41 Asia/Baku
  • Rohinca müsəlmanlarının acınacaqlı durumu haqda xəbərdarlıq
    Rohinca müsəlmanlarının acınacaqlı durumu haqda xəbərdarlıq

BMT-nin Uşaq Fondu YUNİSEF Banqladeş düşərgələrində rohinca müsəlman didərginlərin acınacaqlı vəziyyəti haqda xəbərdarlıq edib.

Röytersin məlumatına görə, BMT-nin Uşaq Fondu cümə günü bir bəyanatda Banqladeş düşərgələrində rohinca müsəlmanlarının acınacaqlı vəziyyətindən nigaranlıq edərək bildirib: Bu düşərgələrdə təxminən 340 min rohinca müsəlman uşaq acınacaqlı şəraitdə yaşayır və ərzaq, içməli su və dərman çatışmazlığından əziyyət çəkir. 

YUNİSEF-in bəyanatında bildirilir: Myanma dövləti və radikal buddistlərin cinayəti nəticəsində hər həftə Raxin əyalətindən təxminən 12 min müsəlman uşaq Banqladeşə qaçır. 

Beynəlxalq dairələrin statistikasına əsasən, 25 avqustda Myanmadakı zorakılıqların yeni dövrü başlandıqdan sonra Banqladeşə qaçan rohinca müsəlmanının sahı 580 min nəfəri keçmişdir. 

Halbuki Banqladeş dairələri bu ölkəyə gələn müsəlman didərginlərin sayının təxminən 1 milyon nəfər olduğunu bildiriblər. 

Myanmanın qərbində Raxin -Arakan bölgəsində rohinca müsəlmanlarının dəhşətli şəkildə repressiya olunması nəticəsində 6 mindən çox müsəlman həlak olub və 8 min nəfər yaralanıb. 

Teqlər