Okt 20, 2017 21:52 Asia/Baku
  • Makron: Avropa Birliyi nüvə anlaşmasına sadiq qalacaq
    Makron: Avropa Birliyi nüvə anlaşmasına sadiq qalacaq

Fransa prezidenti deyib: Avropa İranla nüvə anlaşmasını qorumaq üçün var-gücündən istifadə edəcək. Eyni zamanda ballistik fəaliyyətləri və regional nüfuzu haqda İranla müzakirələrə başlamağa maraqlıdır.

France 24 televiziyasının məlumatına görə, Fransa prezidenti Emmanuel Makron Avropa Şurasının Brüsseldəki iclasının sonunda, Avropa səviyyəsində nüvə anlaşmasının bütün cəhətlərinə sadiq qalmaq üçün potensialın yaradılmasını vurğulayıb və deyib: Bu, İranla iqtisadi əlaqələrin yenidən başlanması və hər hansı təzyiqi tətbiq etməkdən çəkinmək mənasındadır.

Makron əlavə edib: Təzyiq tətbiq etmək ABŞ-ın qərarıdır və nüvə anlaşmasının qorunması ilə ziddiyyətdədir.

Teqlər