Noy 02, 2017 15:49 Asia/Baku
  • Koloradoda silahlı insident nəticəsində 3 nəfər ölüb
    Koloradoda silahlı insident nəticəsində 3 nəfər ölüb

Röyters xəbər agentliyi Amerikanın Kolorado ştatının Tornton şəhərində “Walmart” univermağında baş verən silahlı insident nəticəsində ölənlərin sayının artmasından xəbər verib

Röytersə görə, Amerikanın Kolorado ştatının Tornton şəhərində “Walmart” univermağında baş verən silahlı insident nəticəsində bir qadın daxil 3 nəfər ölüb.

Tornton şəhər polisi “Tvitter”də bu məlumatı təsdiq edərək yazıb: Hələlik polis kimsəni hadisə ilə əlaqədar saxlamayıb amma polis hadisənin dəqiq qiymətləndirilməsi üçün hadisə yerində məlumat toplamaqdadır. 

Çərşənbə axşamı da Nyu Yorkun Manhetten şəhərində bir avtomobilin piyadaların üstünə sürməsi nəticəsində 8 nəfər öldü 11 nəfər yaralandı. 

Manhetten hadisəsinin mahiyyəti barədə də hələ rəsmi məlumat yayılmayıb. 

Kolorado ABŞ-ın cənub ştatlarından olaraq ərazinin genişliyi baxımında 8-ci, əhalinin sayı baxımından isə 21-ci ştat hesab olunur. 

Teqlər