Noy 12, 2017 19:56 Asia/Baku
  • Trampın təzadlar dünyası
    Trampın təzadlar dünyası

ABŞ prezidenti Rusiyanın Amerikada keçirilən prezident seçkilərindəki rolu ilə bağlı dediklərinə 24 saat keçməmiş dəyişiklik etmək məcburiyyətində qalıb.

Rusiyanın Amerikada keçirilən 2016-cı il prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı prezident Tramp və ona yaxın insanlara qarşı təzyiqlərin artması ilə yanaşı olaraq Tramp və onun prezidentliyinin taleyi ilə bağlı nigaranlıqlar da sürətlə artır. Bu isə yaranmış vəziyyətdən çıxış yolu axtaran Tramp və komandası üçün durumu daha da ağırlaşdırır. 

Bu səhnələri gördükdən sonra, Trampın tənqidçilərinin yenə ürəyi qana dönüb. Tramp deyir: “Putin mənə dedi ki, biz sizin seçkilərə müdaxilə etməmişik. Mən də ona inandım.”

Respublikaçı senator Con Mək Keyn isə deyir: “ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi Rusiyanın Amerika seçkilərində geniş və məqsədyönlü şəkildə müdaxiləyə malik olduğunu bildirir. Belə olduğu halda, prezident bir KQB agentinin sözlərini necə təsdiq edə bilər?”

ABŞ prezidenti isə bir daha yenidən öz mövqeyinə düzəliş etdi və ABŞ-ın təhlükəsizlik xidmətlərinin dəyərləndirmələrinə inandığını söylədi.

Daha çox, qorxudan qaynaqlanan bir inam. Taleyinin Niksona və Vaterqeyt olayına bənzəməməsi üçün. Vaterqeyt hadisəsindən yarım əsr ötür. Amma, ABŞ-ın Xarici Əlaqələr Şurasının Milli Təhlükəsizlik Tədqiqatları Mərkəzinin sabiq direktoru Laurens Korb deyir: “Heç şübhəsiz hər iki partiya Trampın prezidentinliyinin gələcək taleyi ilə bağlı bir çox nigaranlıqlara malikdir.”

Bu arada Federal Təhqiqatlar Bürosuna rəhbər vəzifədən kənarlaşdırlan Ceyms Komi ötən ilin baharından bəri davamlı olaraq Trampı yalançı adlandırır. Və Trampın ondan məsələni ört-basdır etməsini istədiyini söyləyir. Trampın ən yaxın çevrəsindəki insanlara qarşı təzyiqlər getdikcə daha da artır və indi Rusiya ilə gizli əlaqələrə malik olanlar siyahısının başında Trampın kürəkəni Kuşnerin adı dayanır.

 

Teqlər