Noy 18, 2017 21:26 Asia/Baku
  • Parisdə Makrona qarşı aksiya keçirilib
    Parisdə Makrona qarşı aksiya keçirilib

Paris əhalisi bir daha Fransa prezidentinin siyasətlərinə etiraz olaraq aksiya keçirib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Paris əhalisi Fransa prezidenti Emanuel Makronun  məşğulluq, təhsil, ekologiya və miqrasiya ilə bağlı siyasətlərinə etiraz olaraq aksiya keçiriblər.

Bu etiraz aksiyası müxalif partiyalar və solçu sindikatların dəvəti əsasında keçirilib.

Müxtəlif sahələrdə fəaliyyət göstərən minlərlə dövlət qulluqçusu və sadə işçi ötən həftələr ərzində dəfələrlə prezident Emanuel Makronun xüsusilə əmək qanununa dəyişiklik etməsinə etiraz olaraq aksiya keçirib.

Fransada əmək qanununa edilən dəyişiklik nəticəsində iş sahiblərinə əlavə səlahiyyətlər verilib.

Emanuel Makron bir müddət öncə Fransa xalqını, əmək qanununa dəyişikliyin edilməsi müqabilində müqavimət göstərməsinə görə, tənbəl adlandırmışdı. Bu isə fransızların daha da qəzəblənməsinə səbəb olub.

 

Teqlər