Noy 19, 2017 17:22 Asia/Baku
  • Netanyahu ABŞ-ın Fələstin Azadlığı Uğrunda Təşkilat əleyhinə qərarını alqışlayıb
    Netanyahu ABŞ-ın Fələstin Azadlığı Uğrunda Təşkilat əleyhinə qərarını alqışlayıb

Sionist rejim baş naziri ABŞ-ın Fələstin Azadlıq Uğrunda Təşkilatın Birləşmiş Ştatlardakı ofisinin bağlanmasına dair qərarını müsbət qarşılayıb.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, sionist rejim baş naziri Benyamin Netanyahu bazar günü iddia edib ki, ABŞ-ın Fələstin Azadlığı Uğrunda Təşkilatın ofisinin fəaliyyət icazəsinin müddətinin uzadılmaması üzrə qərarı Beynəlxalq Cəza Məhkəməsində üzv olmasına görə fələstinlilər üçün cəza tədbiridir. 

Associated Press amerikalı rəsmilərə istinadən bildirib: Vaşinqton Fələstin Azadlığı Uğrunda Təşkilatın ABŞ-dakı nümayəndəliyinə xəbərdarlıq edib ki, İsraillə təslimçi saziş müzakirələrində ciddi şəkildə iştirak etməlidir. 

ABŞ Dövlət Departamenti də məktub ünvanlayaraq bildirib ki, bu ölkə Fələstin Azadlığı Uğrunda Təşkilatın Vaşinqtondakı ofisinin fəaliyyət icazəsinin müddətini uzada bilməz.