Noy 19, 2017 22:00 Asia/Baku
  • BQXK Yəmən haqda xəbərdarlıq etdi
    BQXK Yəmən haqda xəbərdarlıq etdi

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəməndəki nümayəndəliyinin rəhbəri bu ölkənin mühasirəsinin davam etməsi və milyonlarla yəmənlinin təhlükəyə düşməsi haqda xəbərdarlıq edib.

Livanın Ən-Nəşrə xəbər portalının məlumatına görə, Aleksandr Uitt bir bəyanat verərək Yəmənin mühasirəsinin dərhal ləğv edilməsini istəyib və deyib: Ötən on gün ərzində yanacaq və digər əsaslı vasitələrin idxalı dayandırılıb. Bu məsələ Yəmənin üç şəhərində içməli suyun kəsilməsinə səbəb olub.

Aleksandr Uitt əlavə edib: Yəməndə suyun kəsilməsi vəba kimi xəstəyinin yayılmasına səbəb olur. Bu da azı bir milyon yəmənlinin həyatını hədələyir.

Teqlər