Noy 22, 2017 14:05 Asia/Baku
  • Tiflisdə atışma və partlayış
    Tiflisdə atışma və partlayış

Gürcüstanın təhlükəsizlik mənbələri paytaxt Tiflisdə silahlı insident və partlayışın qeydə alınmasından xəbər veriblər.

Tiflisin İsyani məntəqəsində yerləşən "Kabril Salus" prospektində dünən axşamdan başlayan anti-terror əməliyyatı hələ də davam edir. 

Frans Press-in verdiyi məlumata görə, Gürcüstanın Təhlükəsizlik İdarəsi bildirib: Silahlı hücumçular Tiflisin ətrafında təhlükəsizlik əməliyyatı həyata keçirməkdə olan terrorizm ilə mübarizə qüvvələrinə tərəf atəş açmağa başlayıblar. 

Bu atışmada bir təhlükəsizlik qüvvəsi yaralanıb. 

Məlumata görə, atışma zamanı partlayış səsi də eşidilib. 

Yerli sakinlərin dediklərinə görə, anti-terror əməliyyatının həyata keçirildiyi ərazidə bir çeçen ailəsi yaşayır. 

Teqlər