Noy 23, 2017 17:05 Asia/Baku
  • 38 ildən sonra amerikalı məhbusun günahsızlığı sübut olunub

Amerikalı məhbus 38 ildən sonra günahsız hesab olunub.

ABŞ-ın Kaliforniya ştatının qubernatoru 1980-ci ildə səhvən qətlə məhkum edilmiş və indiyədək zindanda olmuş Kreyq Riçard Koleyin azad edilməsi barədə göstəriş verib.

Koley 1978-ci ildə Los-Ancelesdən yetmiş kilometr qərbdə yerləşən bir məntəqədə iki nəfərin qətlə yetirilməsi ilə bağlı həbs olunub və iki il sonra qətl günahı ilə ömürlük həbsə məhkum edilibdir.

Bu amerikalı məhbus 2015-ci ildə təhqiqat heyətində oz işinə yenidən baxılmasını istəyib. Bu araşdırmalardan məlum olubdur ki, işin müstəntiqi səhv edib və Riçard qətl törətməyibdir.

Riçard Koleydən əlavə, Nyu-York Tayms qəzeti son zamanlar xəbər veribdir ki, Kanzas ştatında Lamontte Makintayr adlı bir qaradərili yeniyetmə əsla törətmədiyi qətl günahı ilə ömrünün 23 ilini günahsız olaraq, zindanda keçiribdir.

Teqlər